Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sürüşmə sahəsində hələ də evlər tikilir - NARAHATLIQ

“Nə qədər maarifləndirmə işləri aparılsa da, əhalini bu prosesdən xəbərdar etsək də, Zığ sürüşmə sahəsində hələ də evlər tikilir”. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, son zamanlar atmosfer yağıntılarının təsirindən Zığ sürüşmə sahəsində nisbi aktivləşmə müşahidə edilir. Bəzi tikilərinin divarlarında və torpaq qatında çatlar var.

Nazirlik rəsmisi qeyd edib ki, Zığ sürüşmə sahəsinin akltivləşməsində təbii prosesdən əlavə, antropogen təsir daha çox rol oynayır:

“Təbii ki, əhali yaşayan yerdə kanalizasiya xətti yoxdur. Təsərrüfat, məişət sularının yerin təkinə vurulması sürüşmə prosesini aktivləşdirir. Əhali özü sürüşmənin baş verməsinə birbaşa təsir göstərir. Həm yamac kəsilir, həm də kanalizasiya, drenaj şəbəkəsi olmadığından bütün təsərrüfat, məişət suları yerin təkinə vurulur və nəticədə aktivləşmə baş verir”.

R.Həsənov bildirib ki, son vaxtlar Sabunçu rayonunun bir neçə qəsəbəsindəki bəzi subasma sahələrində qrunt sularının səviyyəsinin qalxması və su basma halları müşahidə edilir.






16 Yanvar, 2017  13:43 Baxılıb: 1656 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner