Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

- qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

FHN xəbərdarlıq edir ki, dəm qazı iysizdir və hiss edilmir: “Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!”







12 Yanvar, 2017  16:26 Baxılıb: 1438 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner