Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PARLAMENT SİMSAR.AZ-ın MÖVQEYİNİ DƏSTƏKLƏYİR

Komitə sədri kriminal xəbərlərin psixoloji gərginlik yaratdığını bəyan etdi

“Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu” mövzusunda keçirilən konfransda Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanunun qəbuluna ehtiyac var”.  
Komitə sədri gün ərzində çoxlu sayda ağır cinayətlərdən və ya digər hadisələrdən bəhs edən, zorakılığı təbliğ edən televiziya verilişlərinə baxan istənilən şəxsdə zombiləşmə getdiyini bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycandakı televiziya kanallarının bir çoxunda zorakılığı təbliğ edən verilişlərə yer verilir: “Televiziya kanallarında cinayət hadisəsi tamaşaçıya elə bir emosiya ilə çatdırılır ki, insanda cəmiyyətə baxışda fərqlilik yaranır. Çox istərdik ki, televiziya kanalları bu məsləyə ciddi fikir versinlər. Mən konkret ad çəkmək istəmirəm. Amma deyirəm ki, televiziya kanallarında gedən kimlərinsə “cümə axşamlarında”, istərsə də digər kanallarda Azərbaycanın ailə modelini təbliğ edən və cəmiyyətdə şəri təbliğ etməyən məqamlara üstünlük verilsin”.

Redaksiyadan: Simsar.az saytı yanvarın 29-dan etibarən kriminal xəbərlərə məhdudiyyət qoyduğunu bəyan edib. Buna səbəb hər gün müxtəlif səpkili, saysız – hesabsız kriminal xarakterli informasiyaların bir çox oxuculara pis təsir etməsidir. İntihar hallarından o qədər yazılır ki, bu dəhşətli hadisə artıq ictimaiyyətdə adi hal kimi qəbul olunub. Heç kim qarantiya verə bilməz ki, bu cür xəbərlərin çoxalması kriminal hadisələrin artmasına səbəb deyil.
Öyrəndiyimiz psixoloq rəyi də qənaətimizdə haqlı olduğumuzu göstərdi. Psixoloq Elnur Rüstəmov və Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəylı kriminal xarakterli xəbərlərin insanlara pis təsir etdiyini vurğulayıb. Saytın bu təşəbbüsünü dəstəklədiyini deyən hər iki psixoloq telekanallarda, mətbuatda intiharlarla bağlı video, foto görüntülərin və məlumatların yayılması şəxsiyyəti tam formalaşmamış insanlara impuls kimi təsir edə biləcəyini deyiblər.
Baş psixiatr Gəray Gəraylı bildirib ki, bəzi insanların, xüsusilə də gənclərin dərin kompleks hissi keçirdiyinə görə, özlərini tam realizə olunmamış şəxslər hesab edirlər. Buna görə də, özlərini heç bir sahədə tapa bilməyəndə, cəmiyyətdəki yerlərini müəyyən edə bilməyəndə sıxılır, gərginlik keçirirlər.
"Bəzən insan hec bir sahədə özünü tapa bilmir. Ola bilsin ki, onun şəxsiyyətində, tərbiyəsində, ailəsində hansısa problem, qüsur var. Bu səbəbdən də onlar daim sıxılır, gərginlik keçirir və belələrinə bu məlumatlar təkanverici təsir göstərə bilər. Belə şəxslərdə daim özlərinə diqqəti cəlb etmək, hər kəsin onlar barədə danışması istəyi olur. Bu zaman özünə qəsd etməklə diqqəti özlərinə yönəltmək istəyirlər və bu məlumatlar onların istəklərini gerçəkləşdirməsi üçün təkan rolunu oynaya bilər".

Baş psixiatrın fikirlərindən bir daha aydın olur ki, Simsar.az saytı mövqeyində haqlıdır. Hətta bu təşəbbüsü dəstəkləyənlərin sayı da gündən- günə artmaqdadır.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın açıqlaması Simsar.az saytının mövqeyində bir daha haqlı olduğunu göstərir.

Aynurə Həsənova






25 May, 2011  17:22 Baxılıb: 1682 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner