Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Abdulla Qurbani Silahlı Qüvvələrdən istefaya çıxıb

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən istefaya çıxıb. Simsar.az AzeriDefence-yə istinadən xəbər verir ki, bu barədə A. Qurbani özü məlumat verib. Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr dekabrın 15-də verilib.

“Dekabrın 13-də 60 illiyim oldu. Ondan öncə istefaya göndərilməyim barədə raportla rəhbərliyə müraciət etmişdim. Rəhbərlik də sağ olsun, raportuma baxaraq müvafiq əmr verdi”, –Qurbani bildirib.

A.Qurbani qeyd edib ki, o, fəaliyyətini mülki həyatda da davam etdirəcək. Hazırda o, 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş əsərlər üzərində işləyir. Bundan başqa, o, ölkədə vətənpərvərlik işinin qurulması, təbliği və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Polkovnik A. Qurbani namizədliyinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrliyinə irəli sürülməsi barədə yayılan bəzi məlumatlara da münasibət bildirərək, belə bir məsələnin olmadığını deyib:

“Mən 20 ildən çoxdur Veteranlar Təşkilatının prezidium üzvüyəm. Onlara tədbirlərin təşkilində kömək etmişəm və bundan sonra da əsirgəməyəcəm. O təşkilata rəhbərlik mənlik deyil. Mən vəzifə həvəsində olmamışam. Olsaydım, işimi atıb əsgər kimi Murovdağa səngərə getməzdim”.

“Mən orduda bir il, il yarım xidmət edən hər bir əsgəri “Vətənə xidmətə görə, “sağ ol!” devizi altında təntənə ilə yola salaraq belə bir ənənənin əsasını qoydum. İstərdim ki, orduda 5 il, 10 il, 20-30 il xidmət edənlərin də hamısı belə təntənə ilə yola salınsınlar”, -A.Qurbani bildirib.






10 Yanvar, 2017  13:35 Baxılıb: 1484 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner