Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin Pcc

SOSİAL

"İrəvanın siyasəti hərbi toqquşmaların, itkilərin sayını artırır"-ŞƏRH

Politoloq Elxan Şahinoğlu  əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin ermənilər tərəfindən qaytarılmamasını şərh edib. O, bu barədə özünün feysbuk səhifəsində yazıb:

"Rəsmi İrəvanın əsgərimizin meyidini qaytarmamasının səbəbi odur ki, guya bu yolla Azərbaycanın Ermənistanla güc dilində danışmasını əngəlləmək istəyirlər. Yəni demək istəyirlər ki, növbəti dəfə də hücum etsək, şəhid olan başqa hərbçimizin də meyidini qaytarmayacaqlar. Bu yolla bizi hücumlardan çəkindirmək istəyirlər. Faydasız siyasətdir. Milli qəhrəmanımız Mübariz İbrahomovun da cəsədini tanınmaz hala gətirdilər və uzun müddət qaytarmadılar. Nəticəsi nə oldu? Qaytardılar və biz onu böyük təntənə ilə dəfn etdik. İndi də qaytaracaqlar. Hərbçimizin meyidinin qaytarılmasının gecikdirilməsi Azərbaycanı işğalçı dövləti daima təzyiq altında saxlamaq siyasətindən çəkindirməyəcək. Dağlıq Qarabağın həbsxanasında saxladıqları iki Azərbaycan vətəndaşını da geri qaytaracaqlar, sadəcə siyasi alver etmək istəyirlər. Nə etsələr də alınmayacaq, çünki artıq Ermənistan cəmiyyəti də anlayır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və İrəvanın siyasəti hərbi toqquşmaların, itkilərin sayını artırır".

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Simsar.az




10 Yanvar, 2017  13:21 Baxılıb: 833 Çap

Bu bölmədə

20 Yanvar, 2017
Sabahın HAVASI

XƏBƏR LENTİ
20 Yanvar, 2017  13:28


20 Yanvar, 2017  12:51


20 Yanvar, 2017  12:12



20 Yanvar, 2017  11:50







20 Yanvar, 2017  09:20


19 Yanvar, 2017  17:11





19 Yanvar, 2017  15:16

19 Yanvar, 2017  14:44










19 Yanvar, 2017  11:58





19 Yanvar, 2017  10:38




19 Yanvar, 2017  10:00

18 Yanvar, 2017  17:46


18 Yanvar, 2017  17:13


18 Yanvar, 2017  16:19