Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

“Azəriqaz": Borclar yeni tariflə ödənməlidir

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.

Belə ki, borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.

Simsar.az xəbər verir ki, məsələ ilə bağlı aznews.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib:“Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar.”

Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib: “Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”





10 Yanvar, 2017  12:56 Baxılıb: 827 Çap

Bu bölmədə

30 May, 2017
Necə oruc tutaq?

XƏBƏR LENTİ
28 İyun, 2017  14:44


28 İyun, 2017  12:53


1 İyun, 2017  11:43

30 May, 2017  17:36

30 May, 2017  11:24


30 May, 2017  11:18





26 May, 2017  10:25

26 May, 2017  10:23




23 May, 2017  13:39




23 May, 2017  09:22





22 May, 2017  09:28

22 May, 2017  09:24



20 May, 2017  11:37













18 May, 2017  00:11

16 May, 2017  10:04

16 May, 2017  10:02