Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Türk Hava Yolları"na 100 mln. lirə zərər edib

"Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbula yağan güclü qar səbəbindən son 4 gündə 1 000-dən çox uçuşu ləğv etdiyi bildirilib. Bu səbəbdən THY 15 min nəfəri hotellə təmin edib, 40 min nəfərə isə qida yardımı paylayıb. Nəticədə, THY-nın son 4 gündə uğradığı zərərin həcmi 100 mln. lirəyə (28 mln. ABŞ dolları) çatıb.

Bir çox təyyarəni başqa hava limanlarına endirməyə məcbur qalan THY-nın zərəri təyyarələrin havada dövr edərək əlavə yanacaq sərf etməsi səbəbindən daha da artıb. THY-nın zərər etməsi İstanbul Fond Birjasında onun səhmlərinin qiymətinə də mənfi təsir edib. Belə ki, dünən, yanvarın 9-da THY-nın səhmləri 4,87% ucuzlaşıb. Qar səbəbindən THY-nın 2017-ci ilin ilk rübünü hətta zərərlə tamamlanması gözlənilir.






10 Yanvar, 2017  10:44 Baxılıb: 2005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner