Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sülhməramlı səfir: "Terrorun milliyəti, dini yoxdur"

Bildiyimiz kimi dünən Yerusəlim şəhərində terror aktı baş verib. Yük maşını idarə edən naməlum şəxs maşını piyadaların üstünə sürüb. Hadisə nəticədə 4 İsrail əsgəri və bir neçə dinc sakin ölüb. 10-dan artıq insan isə müxtəlif xəsarətlər alıb. Baş verən qanlı terrorla bağlı CIPDH - nin (Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi) beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti,"SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapiro Suliman simsar.az -a münasibət bildirib. Sülhməramlı səfir əvvəlcə həlak olanların ailələrinə baş sağlığı verərək, terrorun milləti və dini olmadığını bildirib.

"Terrorun valideyni, milliyəti, dini yoxdur. Bu bəla hər yerdə var. Onunla ciddi və qətiyyətli şəkildə mübarizə aparmaq lazımdır. Dünyanın hər bir tərəfində günahsız insanlar terror adlı canavarın qurbanı olur. Günahsız qanlar tökülür, insanlar təşviş, qorxu içində qalıblar. Buna artıq "dur" deməyin zamanıdır. Yerusəlimdə yaşanan terror aktından sonra İsrail dövləti terrora qarşı mübarizəni daha da gücləndirəcək. Günahsız qanların axıdılmasına imkan vermək olmaz! İnsanlar güvəndə, sülh içində yaşamalıdırlar." -deyə sülhməramlı səfir bildirib.

Simsar.az

 






9 Yanvar, 2017  15:43 Baxılıb: 1226 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner