Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu quşların ovlanmasına icazə verilməyəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu dəniz qara ördəyi və pazdimdikləri quşların ov siyahısından çıxarmağı təklif edir.

İnstitutun direktoru Elman Yusifov Trend-ə deyib ki, bu təkliflə Xəzərin Azərbaycan sektorunun cənub sahil zolağında qış və yay mövsümlərində apardıqları tədqiqatlardan sonra çıxış edirlər.

Onun sözlərinə görə, tədqiqatlar nəticəsində müəyyən edilib ki, dənizdə qara ördək və pazdimdiklilər qeyri-bərabər yayılıb: "Eyni zamanda, ağgöz qara ördək, nazik və uzun pazdimdiklər nadir heyvan olmaq, böyük pazdimdik isə yox olma təhlükəsindədir. İnstitut buna əsaslanaraq, dəniz qara ördəyi və pazdimdikləri quşların ov siyahısından çıxarmağı təklif edir".

E.Yusifov əlavə edib ki, Xəzərin Şahdili, Qobustan, Yenikənd subasarına həmsərhəd sahil suları, Böyük və Kiçik Qızılağac körfəzləri beynəlxalq əhəmiyyətə malik sayda qırmızıbaş və kəkilli qara ördəklərin toplantı yerləridir. Antropogen təsirlər nəticəsindən isə Puta, Səngəçal, Ələt, Lənkəran sahil zolağı qara ördəklərin beynəlxalq əhəmiyyətə malik sayda toplantı yeri kimi artıq öz əhəmiyyətini itirib.







6 Yanvar, 2017  14:56 Baxılıb: 1571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner