Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb.
Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Təhlil-informasiya şöbəsinin bazasında Media və Kommunikasiyalar Mərkəzi, İnformasiya texnologiyaları şöbəsinin bazasında isə İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb.
Bu strukturların rəhbərliyində dəyişikliklər baş verməyib.