Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bayram günlərində sərnişin qatarlarına 64 vaqon qoşulub

Bayram günlərində respublika daxilində sərnişinlərin sayının artdığını nəzərə alaraq, yerli istiqamətdə və Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 2016-cı ilin dekabrın 29-dan 2017-cı ilin yanvarın 4-ü tarixləri daxil olmaqla, sərnişin qatarlarına əlavə vaqonlara qoşulub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına sxemdən əlavə 29, yerli istiqamətdə Ağstafa-Qazax-Bakı sərnişin qatarına 15 vaqon, Bakı-Balakən-Bakı sərnişin qatarına 16, Bakı-Astara-Bakı sərnişin qatarına cəmi 2, Bakı-Böyük-Kəsik-Bakı sərnişin qatarına 2 vaqon qoşulub.

Beləlıklə, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 64 vaqon qoşulub.

Bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 19589 nəfər, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında 17296 nəfər sərnişin daşınıb.






6 Yanvar, 2017  10:35 Baxılıb: 1410 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner