Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gömrük İdarəsi xeyli sayda telefon müsadirə edib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 21 ədəd mobil telefonun qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Simsar.az -a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarət zonasını “Yaşıl kanal”la keçmək istəyərkən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

İlkin yoxlama zamanı həmin şəxs üzərindəki 3 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu şalvarının arxa ciblərindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Sonra isə vətəndaş şəxsi yoxlamaya dəvət olunub. Bu zaman sözügedən şəxs gödəkcəsinin iç ciblərindən və gödəkcəsinin aşağı hissəsindən 17 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu da çıxararaq təqdim edib.

Daha sonra vətəndaşın əl çantasının yoxlanılması zamanı oradan da 1ədəd “İphone 7 Plus 128 GB” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.






5 Yanvar, 2017  15:05 Baxılıb: 1561 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner