Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İtkin düşən əsgərlə bağlı RƏSMİ MƏLUMAT

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən əsgərlə bağlı məlumat yayıb.

Dövlət Komissiyasından Simsar.az-a verilən məlumata görə, baş vermiş hadisə zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərərək, döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin meyitinin fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yaymış, Azərbaycan xalqının və həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bu hərəkətləri ilə Ermənistan tərəfi baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa cəhd etmiş, qeyri-humanist simasını aşkar ifadə etmişdir. Bu addım Ermənistanın da qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. Bildiririk ki, beynəlxalq hüquqa zidd olan bu hərəkətlərə görə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.

Qeyd edək ki, 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür. Proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.






30 Dekabr, 2016  12:26 Baxılıb: 1480 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner