Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bayram günlərində avtobusların sayı çox olacaq

Bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının yaranmaması üçün kompleksə əlavə nəqliyyat vasitələri cəlb edilib:

"Dekabrın 25-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Artıq sərnişinlərin sayında əhəmiyyətli dərəcədə artım var. Dekabrın 29-dan sərnişinlərin sayı adi vaxtlarla müqayisədə 2 dəfə artıb. Əgər adi günlərdə gün ərzində 300-ə qədər nəqliyyat vasitəsi ilə 7min 500 sərnişin yola salınırdısa, dekabrın 29-da 500-dən artıq nəqliyyat vasitəsilə 13 min nəfərdən çox sərnişin yola salınıb. Gücləndirilmiş iş rejiminə keçəndən sonra marşrutlara 200-dən artıq əlavə nəqliyyat vasitəsi cəlb etmişik. Dekabrın 30-31-də sərnişinlərin sayında artım gözləndiyi üçün bu günlərdə yenidən əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi gözlənilir. Çünki həmin günlərdə gün ərzində 16-18 min nəfər sərnişinin daşınması nəzərdə tutulur".

M. Abdullayev qeyd edib ki, təmsil etdiyi qurum yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək.






30 Dekabr, 2016  11:58 Baxılıb: 1320 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner