Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yanvar ayının hava proqnozu açıqlanıb

2017-ci ilin yanvar ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasəniqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 4-6dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13,bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma18-28mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 3dərəcə şaxtadan 1 dərəcəyədəkisti (gecələr6-11, bəzi günlərdə 15-20, dağlıq ərazilərdə20-25 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 14-25mm), bəzi yerlərdə isə bir qədər çoxolacağıgözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 0-4 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 16-24 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 1-5 dərəcə isti(gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun1 dərəcə şaxtadan 4 dərəcəyədək isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta,gündüzlər 5-10dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 22-49mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13,bəzi günlərdə0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30mm), bəzi yerlərdə isə bir qədər çoxolacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun2-6dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti)olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98mm) olacağı gözlənilir.






30 Dekabr, 2016  11:32 Baxılıb: 1446 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner