Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İslam Oyunlarına 100 milyon dollar xərclənəcək

"İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tam şəkildə formalaşıb. Mütəxəssislər öz vəzifələrini icra edirlər. Altmışa yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənc bu işlərin öhdəsindən gəlir. Əsas məsələ açılış və bağlanış mərasimləri ilə bağlıdır".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb: "Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə gecikmə yoxdur. Oyunlarda 4 000-ə qədər idmançı, 2 000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6 000-ə yaxın adam qalacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təqribən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub".






27 Dekabr, 2016  15:13 Baxılıb: 1431 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner