Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yuliya Timoşenko ağır durumda

Keçmiş baş nazir saxlanıldı

“Batkıvşina” Partiyasının lideri, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Peçer Məhkəməsinin qərarı ilə Kiyevdə saxlanılıb. 

Simsar.az-ın “RBK”ya istinadən verdiyi məlumata görə, prokuror Oleq Puşkar deyib ki, siyasətçi istintaq dövründə nəzarət altında qalacaq. 

Ukrayna Baş Prokurorluğu əmindir ki, Yuliya Timoşenko qəsdən istintaqı yubadır. Söhbət ondan gedir ki, aprelin 26-da sabiq baş nazir və onun vəkili istintaqa mane olublar. Aprelin 28-də Yuliya Timoşenko vəkilsiz peyda olub və bildirib ki, vəkili olmadan ifadə verməyəcək. Bundan sonra o, icazəsiz Baş Prokurorluğu tərk edib.

Xatırladaq ki, 2010-cu ilin dekabrında Ukrayna Baş Prokurorluğu Yuliya Timoşenkonu baş nazir olduğu dövrdə Kioto protokolu çərçivəsində Ukraynaya ayrılan vəsaiti başqa istiqamətə sərf etməkdə günahlandıraraq ona qarşı ittiham irəli sürüb. Aprelin 13-də isə 2009-cu ildə Rusiya ilə bağladığı qaz müqaviləsinə görə ona cinayət işi qaldırılıb. O, səlahiyyət həddini aşmaqda günahlandırılır.






24 May, 2011  21:13 Baxılıb: 985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner