Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Müğənni Yeganə ilk dəfə oğlu Ömərlə göründü

“Ömər bizim həyatımıza ayrı bir dad qatıb və bu möhtəşəm bir hissdi”


Üç ay bundan öncə Türkiyədə ana olan müğənni Yeganə Bakıdadır. Bu məsuliyyəti dərindən dərk edən sənətçi, vaxtının çoxunu oğlu Ömərlə keçirir. Yeganə Vətəndə bir neçə sevinci birdən yaşayıb. Bu sevinci isə müğənni yerli mətbuat nümayəndələri ilə bölüşür:

“Vətəndə olmaq və elə burada “Eurovision” qalibiyyətimizi yaşamaq çox gözəl və əvəzolunmaz bir hssdir. Olduqca xoşbəxtəm və həmin günü ailəlikcə çox sevindik. Həyat yoldaşım Fateh elə ilk gündən Azərbaycanın bu yarışmada qalib olacağını desə də, nəticələr mənim üçün sürpriz oldu. Anacq Fateh deyirdi ki, mən bilirdim, çünki ən güclüsü Azərbaycan idi”.

Azərbaycana hər zaman qalibiyyət diləyən Yeganə, bu günlərdə daha bir xoş xəbərin sevincini yaşayıb. Bu da Türkiyənin Fənərbahça futbol klubunun qələbəsi olub:

“Biz ailəlikcə Fənərbaxçalıyık və bu klubun qalibiyyəti bizim ailədə böyük bayrama çevrilir. Ömər hələ bunun fərqinə varmasa da, bizim sevincimizə qoşulur və bərabər gülürük. Hər iki sevinci Azərbaycanda olduğum zaman yaşamamdan ayrıca çox məmnunam”.

Zamanını əsasən oğlu Ömərlə keçirən Yeganə və Fateh cütlüyü, valideyn missiyasının öhdəsindən də bacarıqla gəlirlər. Bu yaxınlarda iştirak etdikləri məclislərin birinə Ömərlə birgə qatılan Fateh və Yeganənin xoşbəxtliyi gözlərindən oxunub. Ömər həm atası, həm də anasının sevimlisidir. Yeganə Fatehdən, Fateh isə Yeganədən razılıq edir: “Əsas odur ki, bir-birimizi başa düşürük və oğlumuzla daha çox zaman keçiririk. Çünki həyatda ən gözəl hiss məhz valideyn məsuliyyətini duymaqdır. Ömər bizim həyatımıza ayrı bir dad qatıb və bu möhtəşəm bir hissdir”.

Simsar.az müğənni Yeganənin həyat yoldaşı Fateh və oğlu Ömərlə birgə ilk fotolarını da təqdim edirik.

Arifə






24 May, 2011  20:43 Baxılıb: 1740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner