Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Andrey Karlov dəfn edildi

Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlov Moskva Vilayətinin Ximki şəhərinin qəbiristanlığında dəfn olunub. "Report" xəbər verir ki, dəfn mərasimi üçün qəbristanlıqda fəxri qaravul düzülüb. Hərbi orkestr müxtəlif müsiqilər səsləndirb. Mərhum səfirin tabutu üzərinə Rusiyanın dövlət bayrağı örtülüb.

*** 14:04

Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi başlayıb. A.Karlovla ilk vida mərasimi Rusiya Xarici İşlər Nazirliyində keçirilib.

Həmin tədbirdə Prezident Vladimir Putin, Baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, mərhumun ailə üzvləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edib. S.Lavrov mərasimdə nitq söyləyib.

Mərhum diplomatın cənazəsi daha sonra Xilaskar İsa Məsih kilsəsinə aparılacaq. Orada Rusiyanın Patriarxı Kirilin rəhbərliyi ilə dini ayinlər yerinə yetiriləcək.

Ailəsinin istəyi ilə A.Karlov Moskva Vilayətinin Ximki şəhərinin qəbiristanlığında dəfn olunacaq

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlov dekabrın 19-da Ankarada "Səyahətçilərin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərgidə qətlə yetirilib. Mövlud Mərt Altınbaş adlı polis əməkdaşı sərginin açılışında çıxış edən diplomatı güllələyib. Xəstəxanaya çatdırılan A.Karlovun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində diplomatı güllələyən Mövlud Mərt Altınbaş öldürülüb.






22 Dekabr, 2016  17:24 Baxılıb: 1900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner