Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İCTİMAİ PALATADA MİTİNQLƏ BAĞLI FİKİR AYRILIĞI

Qurum daxilində “aksiyalara tamam, yoxsa davam” dilemması yaranıb

Aprelin 2-i və 17-də keçirilən mitinqlərdən sonra aksiyalara fasilə verən İctimai Palatada təmsil olunan partiyalar mitinq məsələsini yenidən gündəmə gətirib.  

Amma onlar mitinqlə bağlı ayrı-ayrılıqda qərər veriblər. AXCP mayın 21-də keçirilən müşavirədə mitinqlərin davam etdirilməsi barədə qərar qəbul edib. Müsavat Partiyası Divanının dünən keçirilən iclasında AXCP-nin mitinq qərarı dəstəklənib.

Partiyaların ayrı-ayrılıqla mitinqlərlə bağlı qərarlar verməsi İctimai Palata daxilində fikir ayrılığının olduğunu təsdiq etmiş oldu. 17 aprel mitinqindən sonra İctimai Palata Koordinasiya Şurasının iclasında Müsavat Partiyasının təmsilçiləri mitinqlərin keçirilməsi təklifini irəli sürsələr də, AXCP funksionerləri «tələm-tələsik aksiya keçirmək olmaz aksiyalara ciddi hazırlaşmaq lazımdır» mövqeyi üzərində dayanaraq indiki mərhələdə aksiyaların keçirilməsinə qarşı çıxmışdılar.

AXCP sədrinin müavini Nürəddin Məmmədli «17 aprel uğursuzluğu göstərdi ki, xalq aksiyalara hazır deyil» deyə mitinq tərəfdarlarını ümidsiz etmişdi.

Məlumatlara görə, Müsavat Partiyasında, xüsusilə də hazırda həbsdə olan Arif Hacılının tərəfdarları aksiyaların davam etdirilməsi üzərində təkidlə dayanıblar. İndi isə məlum olur ki, İctimai Palata iyun ayında mitinq keçirmək niyyətindədi. Yəqin ki, keçiriləcək aksiyaların şüarı əvvəlki aksiyaların nəticəsilə bağlı olacaq. «Siyasi məhbuslara azadlıq!»

Müsavat başqanının müavini Gülağa Aslanlı Simsar.az-a açıqlamasında bildirib ki, aprelin 17-dən sonra AXCP mitinqlərin davam etdirilib-etdirilməməsilə bağlı qərar qəbul etmək üçün vaxt istəyib: “AXCP rəhbərliyi bu arada mövqeyini qətiləşdirib və mitinqlərin davam etdirilməsini vacib sayıb. Musavat Partiyası da həmin qərarı dəstəkləyir”.

G.Aslanlı qeyd edib ki, İctimai Palata mitinqlərin davam etdirilməsilə bağlı yaxın vaxtlarda qərar qəbul edəcək: “Yəqin ki, mitinqlər gələn ay keçiriləcək”.


FUAD








24 May, 2011  17:37 Baxılıb: 1171 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner