Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

17 yaşlı gənc intihar edib - BAKIDA

Bakıda intihar hadisəsi baş verib. Nəsimi Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Cavadxan küçəsində 1999-cu il təvəllüdlü Məmmədov Rəvan Rövşən oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə baş verən zaman R.Məmmədovun atası və anası yatıbmış. O, bacısına “Mən sizin hamınızı çox istəyirəm, məni bağışlayın” deyərək özünü yaşadığı mənzilin pəncərəsindən yerə atıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, R.Məmmədov mənzildə ata, ana və bacısı ilə birgə yaşayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.






19 Dekabr, 2016  11:44 Baxılıb: 1869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner