Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obamanın maşını İrlandiyada dağıldı -FOTO-VİDEO

Səmadakı kül ABŞ prezidentini yolunu dəyişməyə vadar edib

Simsar.az "The Guardian"a istinadən bildirir ki, İslandiyadakı Qrimsvotn vulkanının püskürməsi ABŞ prezidenti Barak Obamanın Avropa turnesinin qrafikini dəyişib.

O, səmadakı kül buludu ucbatından Londonun şimalındakı Stensted hava limanına vaxtından yarım sutka tez enib.

Birləşmiş Ştatların prezidentinin avialayneri aeroportda yerə enəndən sonra onu Böyük Britaniya kraliçası II Yelizavetanın adından vikont Brukeboro qarşılayıb.

Bu səhər isə Obamanı ABŞ-ın Böyük Britaniyadakı səfirinin Uinfild-Hausdakı iqamətgahında şahzadə Çarlz və York Hersoginyası qarşılayacaqlar.
ABŞ prezidenti bu gün Vestminstr abbatlığına baş çəkəcək, sonra isə Britaniya kraliçası qonağın şərəfinə Bukinhem sarayında ziyafət verəcək.

Dünən isə ABŞ prezidenti Barak Obama İrlandiyada olub.

Di gəl, ABŞ prezidentinin zirehli "Cadillac"ı ölkənin Dublindəki səfirliyinin həyətindən çıxarkən yerdəki çərçivəyə ilişib.
Bu zaman maşının təkər oxu sınıb və mexaniklər maşını dərhal təmir etməyə çalışsalar da, bir nəticə hasil olmayıb.

6 metr uzunluqdakı maşının ağırlığı 8 ton, qapılarındakı zirehin qalınlığı 4 sm, qiyməti isə 1,1 milyon dollardır.

Dublində Obama İrlandiya prezidenti və baş naziri ilə görüşəndən sonra ölkənin mərkəzindəki Ofali qraflığındakı Moniqall kəndinə baş çəkib. Onun ulu babası, çəkməçinin oğlu Falmut Kirni bu kənddə doğulmuşdu.
Falmunt 1850-ci ildə ABŞ-a mühacirət etmişdi.
Obama kənddə olub, əcdadlarının yaşadığı evə baş çəkib, sonra isə yerli pabda məşhur "Ginnes" pivəsi içib.

Dublində xalqla görüş zamanı İrlandiyanın baş naziri Enda Kenni deyib: "Bu gün ABŞ-ın 44-cü prezidenti evinə qayıdıb". Obamanın özü isə söyləyib: "Mən Barak Obamayam, moniqallı Obamalardan!"

 






24 May, 2011  15:20 Baxılıb: 2075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner