Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gülnarə Xəlilova gənclərlə uğurun sirlərini bölüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatında “Dəbli və ciddi”  layihəsi çərçivəsində Milli Geyim Mərkəzinin rəhbəri, Dövlət Musiqili Teatrının rəssam-modelyeri,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın iştirakı ilə “Bu günün tələbələri sabahın brendləri” mövzusunda tədbir keçirilib. Simsar.az-ın məlumatına görə, tədbir YAP-ın Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib.

Qonaqlar görüşdən öncə gənc rəssamların işlərindən ibarət  “Toy libasları” adlı sərgiyə tamaşa ediblər.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova bildirib ki, dövlət gənclər siyasəti həyat fəaliyyətinin bütün sahələrində uğurla həyata keçirilir, gənclər üçün öz potensiallarını üzə çıxarmaları, ideyalarını reallaşdırılmaları üçün hər cür şərait yaradılıb.

“Dəbli və ciddi”  layihəsinin müəllifi Aysel Əlizadə qeyd edib ki, layihə çərçivəsində gənc rəssamlara öz məharətlərini göstərmək, yeni ideyalarla bölüşmək və müasir modaya baxışlarını üzə çıxarmaq imkanı verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Səyyar Əliyev ölkənin ali məktəblərində yaradıcılıq potensialınının üzə çıxarılması tendensiyaları və perspektivlərinə, istedadlı gənclərin stimullaşdırılmasına və asudə vaxtın səmərəli keçirilməsinə diqqət çəkib.

Gənclərlə görüş çox isti, maraqlı və yaradıcılıq ab-havasında keçib. G. Xəlilova öz fəaliyyəti, xarici ölkələrdə nümayiş etdirilmiş kolleksiyaları barədə danışıb, moda sənayəsi, mədəniyyət və incəsənət sahələrində uğurun sirlərini bölüşüb, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Maraqlı və düşündürücü söhbət zamanı ölkədə moda sənayesinin inkişaf tarixinə, dünyada Azərbaycanın təbliğinə yönəldilmiuş layihələrin reallaşdırılmasına toxunulub. Xalqımızın qədim tarixini əks etdirən, dəyərli mənbələrdən biri olan, xalqın mədəniyyətini öyrənməyin mümkün olduğu milli geyim kolleksiyasının yaradılmasına xüsusi diqqət ayrılıb. Milli geyimlərimizin gözəlliklərini daha parlaq nümayiş etdirmək üçün onun stilizasiyasına da diqqət çəkilib. Təkcə irsimizin, mədəniyyətimizin və incəsənətimizin təbliğinə deyil, həm də Azərbaycanda turizm sənayesinin inkişafına kömək edəcək Milli Geyim Gününün təsis edilməsinin vacibliyi qeyd olunub. Sonda ən yaxşı gənc rəssamlara diplomvə sertifikatlar təqdim olunub, tanınmış alim, akademik Vidadi Xəlilov haqqında “Ata Məhəbbəti, Ata İstəyiylə” kitabı və G. Xəlilovanın Avropada Azərbaycan milli geyiminin təbliği üzrə kataloqu hədiyyə edilib.

 






7 Dekabr, 2016  15:22 Baxılıb: 1725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner