Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Serbiya daxili işlər nazirini qəbul edib

Simsar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfərinin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirib. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələr arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.

Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlət başçısı bu əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğunu deyib. Ölkələrin beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirərək ölkəmizin və Bakının xüsusilə son illər inkişafının onlarda böyük təəssürat yaratdığını deyib. Ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın zəruriliyini vurğulayan qonaq səfərin əlaqələrimizin inkişafı ilə bağlı konkret işlər görmək uşun yaxşı imkan yaratdığını deyib. Hazırda Yer kürəsində terrorizmin geniş yayıldığını təəssüflə qeyd edən Serbiyanın daxili işlər naziri terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətindən danışaraq, ölkələrin müvafiq qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığın gücləndirilməsi baxımından önəmini vurğulayıb.






5 Dekabr, 2016  13:15 Baxılıb: 1838 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner