Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

TÜRK REJİSSORU KANN FESTİVALINDA QALİB OLDU -VİDEO

"Bir zamanlar Anadoluda" 

Dünyanın ən nüfuzlu kino festivalının qalibləri müəyyənləşib. Fransada keçirilən Kann kinofestivalının baş mükafatı - «Qızıl palma budağı» Amerika rejissoru Terrence Malickə verilib.

Onun «Həyat ağacı» filmi adi bir amerikan ailəsinin həyatından bəhs edir. Baş rollarda Brad Pitt, Sean Penn və Jessica Chastain oynayırlar.

Film bir yeniyetmənin həyat hekayətini anladır. Uşaqlıqdan anası ona insanları sevməyi, mərhəmətli olmağı öyrədir, atası isə əksinə ilk növbədə öz maraqlarını güdməyi məsləhət görür.

Uşaqlıq illəri sevinc içində keçsə də, yaxınlarının xəstəliyi, ölümü yeniyetmənin həyat haqda təsəvvürlərini alt-üst edir.

O böyüdükcə qarmaqarışıq dünyanın «labirintləri»ndə daha çox azır və israrla həyatının mənasını arayır...

Terrence Malick Amerikaya köçmüş livanlıların, daha dəqiqi assuriyalıların nəslindəndir.

Kann festivalının qran prisi isə türk rejissoru Nuri Bilge Ceylana («Bir zamanlar Anadoluda» filminə görə) və Dardenn qardaşlarına («Velosiped sürən oğlan» filminə görə) verilib.

Nuri Bilge Ceylanın ssenari müəllifi və rejissoru olduğu «Bir zamanlar Anadoluda» filmində bir doktorla bir müstəntiqin bir cinayət işinin təhqiqatı üçün keçirdikləri 12 gərgin saat təsvir edilir.

150 dəqiqəlik filmin böyük hissəsi gecə şəkilib. Baş rollarda Yılmaz Erdoğan, Muhammed Uzuner, Ahmet Mümtaz Taylan və Taner Birsel çəkiliblər.

Bosniya və Türkiyənin birgə istehsalı olan film Kann festivalının Qran prisinə layiq görülsə də, əslində festival öncəsi baş mükafatı qazanmağa ən şanslı film sayılırdı.

Film bir neçə həftəyə çəkilib.

1959-cu il doğumlu Ceylan 15 yaşından fotoqraflıqla məşğul olub. Bosfor Universitetində «elektrotexnika» ixtisasına yiyələnib. Daha sonra Mimar Sinan Universitetində kinomotoqrafiya üzrə təhsil alıb.

Onun filmləri adətən kiçik büdcəli olur. Rejissor əsasən həvəskar aktyorların və ailə üzvlərinin köməyindən istifadə edir.

Onun filmlərində fərdin cəmiyyətdə özgələşməsi, həyatın monotonluğu əsas temalardandır.

Ceylanın filmləri üçün statik kadrlar, təbii səslər, uzun sükut xarakterikdir.

Onun «Üç meymun» filmi 2005-ci ildə Kann festivalının «Ən yaxşı rejissor işinə görə» mükafatına layiq görülmüşdü.

Bu ilki Kann festivalında «Ən yaxşı qadın roluna görə» priz Kirsten Dansta təqdim edilib («Melonxoliya» filmi).

Həmin filmin rejissoru Lars fon Trier nasistlərə simpatiyasını bildirdiyi üçün festivaldan qovulmuşdu.

Ən yaxşı kişi roluna görə mükafat isə aktyor Jan Düjardana verilib («Artist» filmi).

Azadlıq.org

 






23 May, 2011  16:01 Baxılıb: 1625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner