Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rayonlara dolu yağacaq

Hava şəraiti kəskin dəyişir

Bakı və Abşeron yarımadasında mayın 24-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gün ərzində isə əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə 13-16 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 25-də havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Gecə 12-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 24-də arabir yağış yağacaq, şimşək çaxacaq. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Mayın 25-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.






23 May, 2011  15:57 Baxılıb: 1187 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner