Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı-Barselona birbaşa reysi 2017-ci ilin yayında bərpa olunacaq

2017-ci ilin yayında Bakı ilə Barselona arasında birbaşa aviareysin bərpa olunması planlaşdırılır. Bunu Trend-ə açıqlamasında İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Xuarez deyib. O bildirib: “Bu şəhərlər arasında birbaşa reys ilk dəfə 2015-ci ildə açılmışdı. O zaman uçuşlar may ayından oktyabr ayınadək davam edirdi. 2016-cı ildə isə böhranla əlaqədar reyslər iyun ayından sentyabradək azaldılmışdı”.

Diplomatın sözlərinə görə, hazırda bu istiqamətdə uçuşlar üçün tələbat azdır, əgər artım baş verərsə, uçuşlar il boyu həyata keçirilə bilər. X.Xuarez hələlik Bakıdan digər İspaniya şəhərlərinə reyslərin açılmasının planlaşdırılmadığını deyib.

Diplomat qeyd edib: "Barselona Azərbaycandan olan turistlərin üz tutduğu əsas şəhərimizdir. Ona görə məhz Barselonaya birbaşa reyslərin açılması daha sərfəli və məntiqlidir".

Diplomatın sözlərinə görə, Azərbaycandan İspaniyaya turist axını daim artır və son illər bu rəqəm 7-10 min nəfər təşkil edib.






1 Dekabr, 2016  11:47 Baxılıb: 1758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner