Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb

Qənirə Paşayeva Tovuz kənd sakinləri ilə görüşüb, onların qayğı və problemlərini dinləyib. Simsar.az xəbər verir ki, millət vəkili ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq onların Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Sakinlərin ən çox müraciətləri arasında iş, mənzil, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası ilə problemlər yer alıb.

Millət vəkili həmçinin fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə müzakirələr aparıb. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi ilə bağlı problemlər barədə də danışaraq millət vəkilindən dəstək göstərilməsini xahiş ediblər.

Q.Paşayeva sakinləri narahat edən məsələlər ətrafında onlara qanunvericilikdə hansı haqlara malik olmalarını da izah edib






30 Noyabr, 2016  18:26 Baxılıb: 1736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner