Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva "Xocalı Soyqımı ilə bağlı Şəhidlər Xiyabanında abidə qoyulsun" - TƏKLİF

Qənirə Paşayeva MM-də Şəhidlər Xiyabanında Xocalı Soyqımı ilə bağlı abidə qoyulmasını və işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib. Simsar.az xəbər verir ki, bu gün MM-də Xocalı Soyqımının dünyada daha da geniş şəkildə tanıdılması istiqamətində fikirlərlə çıxış edən millət vəkili Q.Paşayeva Şəhidlər Xiyabanında da Xocalıya aid monument, abidə və məlumat lövhəsinin  qoyulmasını təklif edib. “Ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda ölkəmizə gələn turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə Şəhidlər Xiyabanında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə və ya monument qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı Soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş olacaq və bu barədə daha da geniş məlumatlar almış olacaqlar. Belə bir abidə və ya monumentə, məlumat lövhəsinin Şəhidlər Xiyabanına qoyulması çox vacib və önəmli olması barədə fikirlərini geniş söyləyən millət vəkili Q.Paşayeva bununla bağlı bir sıra Xocalı sakinlərinin, QHT və ictimai fəalların, ziyalıların fikirlər səsləndirdiyini deyib vəXocalı Soyqırımının 25-ci ildönümünə qədər bu məsələnin həllini tapacağına inandığını deyib.  Millət vəkili Q.Paşayeva eyni zamanda işğal altında olan ərazilərimizlə bağlı qanunun qəbul olunmasının vacibliyini də vurğulayıb.

 

Son günlərdə yenə də Fransa Parlamentinin 2 deputatının Ermənistanln işğalı altında olan Xankəndi bölgəmizə Azərbaycan dövlətinin icazəsi olmadan səfər edərək ciayətkar rejimin rəhbəri Bako Saakyanla görüşüb, açıqlamalar verdiyini deyən millət vəkili Q.Paşayeva biz bunu qətiyyətlə pisləyirik deyib. Millət vəkili Qənirə Paşayeva MM-in bugünki iclasında deyib ki, “son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edir, orada müxtəlif tədbirlərdə iştirak edirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı haqlı olaraq özünün birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. "Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da biz hər kəsə bu mesajı vermiş oluruq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir” - deyə millət vəkili əlavə edib.






29 Noyabr, 2016  14:48 Baxılıb: 1434 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner