Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tütün məmulatları ilə bağlı yeni qaydalar

Azərbaycanda tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Simsar.az -ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır.

Həmçinin, tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir.

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.






29 Noyabr, 2016  14:30 Baxılıb: 1628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner