Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

300 binanın zirzəmisi sudan təmizlənib

Bu il Sumqayıtda 300-dən çox binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb

“Azərsu” ASC Sumqayıt şəhərində istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçilir. Azərsu”yun İctimaiyyətlə əlaqələr şöbəsindən simsar.az-a verilən məlumata görə, bu sahədə çoxmənzilli yaşayış binalarının zirzəmilərində mövcud su və kanalizasiya sistemlərinin istismar vəziyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

2015-ci ildə Sumqayıt şəhərində 1450 coxmənzilli yaşayış binasının zirzəmilərinin monitorinqi aparılarkən məlum olmuşdur ki, 400-ə yaxın binanın zirzəmisinə su yığılır. Həmin zirzəmilərdən su nümunələri götürülərək suyun mənşəyi və axıntıların səbəbləri araşdırılıb. Məlum olub ki, zirzəmilərə suyun bir hissəsi binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlıdır. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olub.

Bu il ərzində Sumqayıt şəhərində 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu məqsədlə zirzəmilərdən keçən 1100 metr su xətti, 4811 metr isə kanalizasiya xətti dəyişdirilib. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınmış, su itkiləri minimuma enib. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olub.

Hazırda 16 binanın zirzəmilərində su axıntılarının aradan qaldırılması məqsədilə tədbirlər davam etdirilir. Digər 15 binanın zirzəmisində toplanmış sular qrunt mənşəlidir, binanın su və kanalizasiya sistemlərinin vəziyyəti heç bir bağlılığı yoxdur.

Ümumilikdə 2015-ci ilin sentyabr ayından indiyədək 350 binanın zirzəmisindəki sistemlər təmir olunub və qurutma işləri aparılıb.





28 Noyabr, 2016  18:00 Baxılıb: 1465 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner