Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

”Tapşırıqları nazirliyin rəhbərliyindən almışam”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamamışdan əvvəl Vidadi Zeynalovun vəkili Elxan Süleymanov jurmalistlərə hücum edib. O, ittiham aktını mətbuatda yayan jurnalistləri "şərəfsiz"və "əxlaqsız" adlandırıb. Vəkil məhkəmənin işçiləri kənarlaşdırıb.

Prosesdə “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədovun yeni vəkillə müqavilə bağladığı məlum olub.

Hakim bildirib ki, Emin Məmmədov onu müdafiə etmək üçün Tural Süleymanovla müqavilə bağlayıb. Hakim həmin vəkilin prosesdə iştirak etməsinə razılıq verib.

Dövlət ittihamçısı Fərid Nağıyev əvvəlcə “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ittihamnaməsini elan edib. 1,5 milyon manat mənimsəmədə ittiham olunan C.Cəfərov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib: "İttiham aktında yazılanlarla tamamilə razı deyiləm".

Daha sonra dövlət ittihamçısı “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətovun ittihamını oxuyub. O, 600 min manat mənimsəmədə ittiham edilir. O da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı həmçinin “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev ittihamını elan edib. Qəmbər Bəybalayev 2 milyon manatlıq mənimsəmədə təqsirli bilinir.

Anar Mustafayev də ifadə verməyə hazır olmadığını deyib.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov ifadə verib. O, 10 milyon manatlıq mənimsəmədə ittiham edilir.

Beytulla Hüseynov bildirib ki, gördüyü işlərə görə yığılan vəsaitin 20 faizi birlikdə qalıb, 80 faizini isə nazirliyə köçürüblər: "Həmin 20 faizin 4 faizi isə paketlərə yönəlirdi". 6 faizi isə qovşaqlarda qalıb. Bununla bağlı keçmiş nazir Əli Abbasov da ifadə verib.

Onun sözlərinə görə, vəsaitlərin köçürülməsi barədə tapşırıqları nazirliyin rəhbərliyindən alıb.

O, dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: "Məhkəmə qarşısında söz verirəm ki, dövlətə dəymiş ziyanı ödəməyə hazıram. Mənim xidmətlərim olub".

Beytulla Hüseynov əlavə edib ki, şəxsi büdcəsi hesabına şəhid ailələrinə, Qarabağ döyüşlərində iştirak edənlərə pulsuz telefon çəkilməsini təmin ediblər.

O bildirib ki, Avropa oyunları ərəfəsində onlara xüsusi tapşırıq verilib: "Həmin tapşırıqları layiqincə yerinə yetirmişik, buna görə mükafat da almışıq".

Beytulla Hüseynov daha sonra dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildiririb ki, istintaqda dediyi ki hər ay nazirliyə pul veriblər: "Ad çəkmək istəmirəm. Yalnız hər ay 200 min pul vermişik. İstintaqda hesablanan 10 milyon manatdır. Lakin həmin məbləğ 22 milyondur".

Məhkəmənin növbəti iclası noyabrın 30-u saat 10.00-a təyin olunub.(report)






28 Noyabr, 2016  13:29 Baxılıb: 1613 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner