Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

4000 nəfər İİV testindən keçib

Səhiyyə Nazirliyinin dəstəyi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü və "Avropa İİV-ə testləşmə həftəsi" ilə bağlı müayinələr və maarifləndiriçi tədbirləri davam etdirir.

Nazirlikdən Simsar.az-a verilən xəbərə görə, "Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində noyabrın 18-dən 25-dək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhətləşmə aksiyaları Park bulvar, Metropark Ticarət mərkəzində, Bakı Texniki Kolleci, Mingəçevir politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, ATU-nun Tədris Terapevtik Klinikası, Şəki Tibb Kolleci və regionlarının ictimai, mədəni-maarif ocaqlarında keçirilib.

Aksiya zamanı mərkəzin mütəxəssisləri İİV- infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirdə könüllü olaraq 4000-dən artıq insan İİV-ə test müayinəsindən keçiblər.

Bununla yanaşı "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində ölkənin bir necə şəhər və qəsəbələrdə geniş əhali kütləsi üçün İİV-lə bağlı müayinələr və maarifləndirici tədbirlər aparılıb, broşur və bukletlər paylanıb.

Bu aksiyalar zamanı pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb.

Xatırladırıq ki, “Avropa İİV-ə testləşmə həftəsi-2016” ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilatlar iştirak edib. İlk dəfə “Avropa İİV-ə testləşmə həftəsi” 2013-cü ildə 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü “ ilə əlaqədar dekabrın 1-dən 10-dək müəssisə və təşkilatlarda İİV/QİÇS-lə bağlı müayinə, maarifləndirmə tədbirlərini davam etdirəcək.






28 Noyabr, 2016  13:11 Baxılıb: 1657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner