Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan MHP-yə qarşı “kaset hücumu”ndan xəbərsiz olduğuna işarə etdi

“Bunun çox çirkin, çox təhlükəli olduğunu demək istəyirəm”

Türkiyədə parlament seçkilərinə start verildiyi vaxtdan partiyalar arasında yaşanan siyasi gərginlik artıq demək olar bütün hədləri aşıb. 

Daha çox müxalifət partiyalarından olan namizədlərə qarşı aparılan qara piar kampaniyasının başında “kaset oyunu” durur.

Millətçi Hərəkat Partiyasının dörd namizədi bu çirkin hücumun qurbanı olub. Onlar barəsində qadınlarlarla ilgili videogörüntülər yayılıb.

MHP sədri Dövlət Baxçalı belə oyunların Ədalət və İnkişaf Partiyasında hazırlandığını, şəxsən AKP sədri, baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hazırlandığını iddia edir.

Simsar.az saytının məlumatına görə, baş nazir seçicilər qarşısındakı son çıxışında namizədlərin görüntüləri olan kasetlərin yayılmasını “çirkin iş” adlandırıb.

AKP sədri partiyasının Gəbzə Şəhər Stadıonunda düzənlənən Gənçlik Bayramında deyib: “MHP-ni çirkin kaset oyunları ilə hədəfə almaq istəyirlər. Bunun çox çirkin, çox təhlükəli olduğunu demək istəyirəm. Siyasət kirdən, pasdan, ədəbsizlikdən arınmalıdır”.

Anar İsaoğlu






23 May, 2011  12:37 Baxılıb: 1117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner