Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanov rəhbərlik etdiyi təhsildən narazılıq etdi

Bəzi məktəblərdə hələ də orta təhsilli müəllimlər dərs deyir və bunu nazir bilir

Xaçmazda təhsilin davamlı inkişafına dair regional konfrans keçirilib. Konfransda Təhsil naziri Misir Mərdanov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, 7 rayonun - Abşeron, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarın təhsil şöbələrinin nümayəndələri iştirak edib. 

Simsar.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, nazir şimal bölgəsində təhsil sahəsinin səviyyəsinin qənaətbəxş olmadığını deyib. Ən böyük problem məktəbəqədər təhsil sahəsindədir. Hazırda regionda cəmin 15-16 faiz şagird orta məktəbə bağçalardan gəlir. Bu sahədə tərbiyəçilərin sayı azdır və onların bir qismi orta təhsillidir. Məktəbəqədər təhsil müəssisələrində texniki təminat aşağı səviyyədədir.

Bundan əlavə orta məktəblərdə də ciddi problemlər var. Nazir məktəblərə müəllim qəbulu ilə bağlı rayon təhsil şöbələrinin müdirlərinə tapşırıqlar verib. O, bildirib ki, bəzi məktəblərdə hələ də orta təhsilli müəllimlər dərs deyir. Nazir həmçinin qeyd edib ki, müəllimlərin kurikulum sisteminin mənimsənilməsində də problemlər var.

Digər bir problem bəzi yaşayış məntəqələrində təhsil müəssisələrinin olmamasıdır. Hazırda 495 belə yaşayış məntəqəsi var. Region məktəblərinin qızdırılması sahəsində də problem hələ də qalmaqdadır. Xaçmaz 100, Qubada 124, məktəbin qızdırılmasında problem var.






22 May, 2011  00:11 Baxılıb: 1106 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner