Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Natiq" ritm qrupunun növbəti "Eşq karvan"ı

Əməkdar artist Natiq Şirinov Zeynəlabdin Tağıyev adına Toxuculuq Fabrikinin Mədəniyyət Sarayında «Eşq karvanı» adlı konsertini növbəti dəfə təqdim etdi. Kərbəla şəhidlərinə, o cümlədən, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərə ithaf edilən konsertə müxtəlif sənət adamları da qatılmışdı. İlahi eşqdən bəhs edən və dini mövzulu musiqi nömrələrini özündə birləşdirən “Eşq karvanı”, konsertə gələnləri də bu karvana qoşaraq başqa bir aləmə apardı: Öncə Kərbəla çöllərinə, daha sonra haqq-ədalət uğrunda canından keçən 72 şühədanın, atasını, qardaşını və oğlunu haqq yolunda mübarizəyə yola salanların – İmam Hüseynin, Həzrəti Abbasın, Zeynəbin, Səkinənin, həmçinin susuzdan dili-dodağı qurumuşların yanına apardı. Sonra da vətən uğrunda qanları axıdılanların şəhidlərin yanına. O yerə ki, orda torpaqlarını düşməndən qoruyanlar şəhid edilir, haqq, ədalət uğrunda dinc insanların qanı axıdılır.Konsertdə səslənən bütün kompozisiyalar xüsusi olaraq hazırlanmışdı. Tədbirə gələnlərin “Eşq karvanı”na qoşularaq musiqi sədaları altında bu matəmi yaşamalarından da bunu görmək olardı.

«Əhli-beyt», «Bakı» qruplarının skripkaçı Səlimin, Balaban ifaçısı Rafaelin “Natiq” Ritm Qrupunun müşayiəti ilə İmam Hüseyn, Həzrəti Abbas, Əli Əkbər, Zeynəb haqqında oxuduqları ilhai mahnılar, balaca cənnət mələyinin Kərbəla şəhidlərinə həsr olunmuş şeirləri tamaşaçıları “Eşq karvanı” ilə başqa dünyalara apardı.

Bununla da İmam Hüseyn sevdalı “Natiq” Ritm Qrupunun düzlüyü, haqq və ədaləti təbliğ edən “Eşq karvanı” öz musiqiləri ilə bir daha tamaşaçıların yaddaşına həkk oldu.

Yasəmən Məmmədova






22 Noyabr, 2016  11:21 Baxılıb: 2072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner