Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əbülfəz Qarayev yeni səfirlə görüşüb

Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşdü.

Görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında məlumat verərək bu sahədə böyük uğurlar əldə olunduğunu bildirdi. Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, ölkəmiz bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal toplantısına da uğurla ev sahibliyi etdiyini dedi: “İndi Azərbaycan dünyada multikulturalizmin, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə öz töhvəsini verməkdədir. Bu sahədə ölkəmizdə bir sıra böyük addımlar atılıb. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Həmçinin ölkəmizdə gələn il IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Artıq ənənə halını almış bu forumda dünyanın müxtəlif ölkələrindən, böyük təşkilatlarından nümayəndələr iştirak edirlər”.Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyərək, Azərbaycanın Türkiyənin təcrübəsindən yararlandığını vurğuladı. Həmçinin qeyd etdi ki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri bir sıra ölkələrlə yanaşı bu sahədə böyük uğurlar qazanan Türkiyənin turizm mərkəzlərində, hotellərində də təcrübə keçirlər. Bu da ölkəmizdə turizmin inkişafına, dünya təcrübəsinin öyrənilməsinə təkan verir.

Nazir bu ilin fevralından Türkiyədə ölkəmizin Turizm Nümayəndəliyinin fəaliyyətə başladığını bildirərək, bu istiqamətdə fəal iş aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, nümayəndəlik ölkəmizin turizm imkanlarının təbliği baxımından səmərəli əməkdaşlıq əlaqələri yaratmış və bu səylər davam etdirilir.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan nazir Türkiyənin Azərbaycana bu sahədə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi.

Əbülfəs Qarayev sonda bir daha Erkan Özoralı ölkəmizdə səfir təyin olunması münasibəti ilə təbrik edərək, gələcək işlərində uğurlar arzuladı.

Səfir Erkan Özoral səmimi qəbula görə Əbülfəs Qarayevə öz minnətdarlığını bildirdi. Qardaş ölkəyə səfir təyin olunmasının onun üçün şərəfli olmaqla yanaşı, həm də böyük məsuliyyət olduğunu bildirdi. Səfir iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsi üçün səylə çalışacağını vurğuladı.







18 Noyabr, 2016  16:23 Baxılıb: 1568 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner