Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gülnarə Xəlilova Rumıniyada “Creative Industries Awards” ali mükafatına layiq görülüb

Azərbaycanın tanınmış dizayneri Gülnarə Xəlilova Rumıniyanın Yassı şəhərində keçirilmiş “Kasta Morrely Fashion Week” Moda həftəsində özünün möhtəşəm “Xalçaların dili” kolleksiyasını uğurla təqdim edib. Simsar.az-ın  məlumatına görə, Azərbaycan xalça ornamentlərindən istifadə edilmiş müasir dizayn həlli olan “Xalçaların dili” kolleksiyası tamaşaçı və dizaynerlərin gur alqışı ilə qarşılanıb və Moda həftəsinin “Creative Industries Awards” ali mükafatına layiq görülüb. Maraqlıdır ki, G. Xəlilova defiledə özü model qismində podiuma çıxıb. Moda həftəsi çərçivəsində, həmçinin onun Azərbaycan milli geyiminin Avropada təbliği üzrə kataloqu təqdim olunub.

“Kasta Morrely Fashion Week” kreativ moda sənayesinin yeniliklərinə həsr olunub. Moda həftəsində, həmçinin Rumıniya, Bolqarıstan, Yunanıstan, Portuqaliya, Monteneqro, Moldova və Livandan olan tanınmış dizaynerlər iştirak ediblər. G. Xəlilova Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, milli və beynəlxalq mükafatların laureatıdır, onun kolleksiyaları beynəlxalq Moda həftələri və festivallarında dəfələrlə uğurla nümayiş olunub. O cümlədən, 2014 və 2015-ci illərdə Çində "İpək yolu" Avrasiya Beynəlxalq Geyim Festivalının iki dəfə mükafatına, 2015-ci ildə isə Rusiyada “Etno Podiumu. Birlik” VI Beynəlxalq Etnik Geyim Festivalının mükafatına layiq görülüb.  2015-ci ildə onun kolleksiyası Heydər Əliyev Fondunun  birinci Avropa Oyunları Təşkilat Komitəsi ilə birgə təşkil etdiyi “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilib. Kostyumlar üzrə rəssam kimi teatr incəsənəti və kinematoqrafiya sahəsində bir neçə layihə üzərində işləyib. Modellər onun libaslarında dəfələrlə beynəlxalq podiumlara çıxıblar və gözəllik müsabiqələrində iştirak ediblər. 2016-cı ilin yayında Azərbaycan milli geyiminin Avropada təbliği üzrə kataloq çıxdı (layihə norveçli fotoqraf ilə birgə reallaşdırılıb). Dizaynerin işləri Misir, ABŞ, Türkiyə və digər ölkələrin mədəniyyət mərkəzlərində, eləcə də tanınmış ictimai xadimlərin, mədəniyyət, incəsənət, elm və idman nümayəndələrinin kolleksiyalarında saxlanılır. Bu ilin sentyabrında Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi zamanı  Azərbaycan yığmasının bayraqdarı ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev dizaynerin hazırladığı milli kostyumda olub ki, bu da Olimpiya hərəkatının tarixində yenilikdir.






16 Noyabr, 2016  14:51 Baxılıb: 1604 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner