Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yaponiyadakı zəlzələ olmamışdan öncə özünü hiss etdirib

Zəlzələnin episentri üzərində atmosfer fəlakət günü qızıb

Simsar.az  "Kyodo"ya istinadən bildirir ki, dağıdıcı zəlzələlərin baş verəcəyi vaxtı əvvəlcədən təxminləməklə bağlı ümid yaranıb. ABŞ-ın Milli Aeronavtika Agentliyinin (NASA) Qoddard Kosmik Tədqiqatlar və Uçuşların İdarəetmə Mərkəzində (Goddard Space Flight Centre) aparılmış tədqiqatlar zamanı əldə edilmiş nəticələr bunu deməyə imkan verir.

Mərkəzin əməkdaşı və araşdırma aparmış alimlərdən biri Dimitar Uzunovun dediyinə görə, martın 11-də Yaponiyada baş vermiş dağıdıcı zəlzələ və sunamidən əvvəl təbii fəlakətin yaşanacağı bölgədə hava isinməyə başlayıb.

"Daha doğrusu, zəlzələnin episentri üzərində atmosfer fəlakət günü qızıb, atmosfer qatlarının orta temperaturu yüksəlib. Apardığımız tədqiqatlar zamanı gördük ki, zəlzələyə bir neçə gün qalmış tektonik sınma və yeraltı təkan zonasında hava isinmişdi. Zəlzələdən üç gün əvvəl isə atmosferin yuxarı qatlarında isinmə maksimuma çatıb", - Uzunov deyib.

Alimlərin fikrincə, bunun başlıca səbəbi Yer təkində tektonik aktivləşmə, sınma və sürüşmələr zamanı böyük miqdarda radon qazının çıxmasıdır.

Kosmik peyklərdən çəkilmiş fotolar da Yaponiyadakı dəhşətli sunami və zəlzələdən hələ 10 gün əvvəl fəlakət zonasın üzərindəki atmosfer qatlarının isinməyə başladığını göstərir. İonosfer isə bilavasitə martın 11-də, zəlzələ və sunami günü xeyli isinib, infraqırmızı şüalanma artıb.

Alimlər hesab edirlər ki, qlobal infraspektral və ionoqrafik müşahidələr, habelə kosmik orbitdən atmosferin ayrı-ayrı bölgələrinin, daha doğrusu, seysmik cəhətdən fəal olan yerlərin üzərindəki səmanın monitorinqi vasitəsilə dağıdıcı zəlzələləri əvvəlcədən proqnozlaşdırmaq mümkündür.






21 May, 2011  14:27 Baxılıb: 1025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner