Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsrafil İsrafilova ictimai vəzifə verildi

“Azərbaycan ilk dəfə təşkil olunan bir şuraya rəhbərlik etməyə başladı"

Mayın 16-dan 20-nə qədər Türkiyədə Beynəlxalq Teatr Festivalı keçirilib. 

Festival çərçivəsində türkdilli dövlətlərin teatr rəhbərlərinin toplantısı da olub.

Tədbirdə Azərbaycanı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov təmsil edib.

İ.İsrafilovun Simsar.az-ın verdiyi məlumata görə, toplantının əsas məqsədi türkdilli dövlət teatrlarının əməkdaşlığını və bir-birilərinə yardımlarını təşkil etməkdir: 

“Çünki demək olar ki, bu teatrların hamısı eyni problemlərlə yaşayır. Ayrı-ayrı türkdilli dövlətlərin teatrları bir-biriləri haqda məlumatsızdır . Toplantıda ilk çıxış sözü mənə verildi.

Teatrımız, onun problemləri, perspektiv planları haqda məruzə etdim. Məndən sonra çıxış edən 11 nəfər də demək olar ki, eyni problemlərdən və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyindən danışdılar”.

Toplantının sonunda Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurası yaradılıb.

Şuraya sədr İsrafil İsrafilov seçilib. “Azərbaycan ilk dəfə təşkil olunan bir şuraya rəhbərlik etməyə başladı. Gələcəkdə görüləcək çox işlərin planını qurduq. Gələn il üçün M, F. Axundovun 200 illik yubileyi ilə bağlı onun pyeslərinin bütün türkdilli xalqların teatrlarında qoyulması məsələsini irəli sürdüm və yaxşı da qarşılandı. Bakıya gələn kimi də həmin əsərlərin o ölkələrə göndərilməsi ilə bağlı işlərə başladım. ”






20 May, 2011  19:37 Baxılıb: 1770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner