Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azad Rəhimov heyfsləndi

Nazir  “Kanal 24”-ə müsahibə verib

Gənclər və idman naziri Azad Rəhimov Rusiyanın “Kanal 24” və Yekaterinburq vilayətində yayımlanan kanal üçün hazırlanan “Azərbaycana yol” verilişinin çəkilişilərini aparmaq üçün ölkəmizdə səfərdə olan jurnalistlərə müsahibə verib. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, A.Rəhimov əvvəlcə nazirliyinin tarixi, gənclər və idman sahəsində bu günədək görülən işlər, “2011 - 2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “Gənclər haqqında” Qanun və digər mövzulardan danışıb. 

Eyni zamanda nazir gənclərin məşğulluğu ilə bağlı keçirilən sərgilər, “Karyera mərkəzləri” haqda, gənclər üçün gerçəkləşdirilən layihələr, ölkədə fəaliyyət göstərən 200-dən artıq gənclər təşkilatının müxtəlif istiqamətləri əhatə edən layihələrindən də söz açıb. O, qeyd edib ki, bu gün Azərbaycanda 1 milyon qaçqın var. “Qaçqın gəncləri cəmiyyətdən ayırmaq olmaz” deyən nazir, onlar üçün müxtəlif səpkili layihələrin, istedadlı gənclərin üzə çıxmaları üçün müxtəlif müsabiqələrin həyata keçirildiyini bildirib.

A.Rəhimov eyni zamanda nazirliyin gənclər sahəsində həyata keçirdiyi beynəlxalq layihələr barəsində də məlumat verib. O, Rusiyada fəaliyyət göstərən “AMOR” təşkilatı, bu təşkilatın ətrafında birləşən azərbaycanlı tələbələr, onların Rusiyada gerçəkləşdirdikləri layihələr barədə geniş danışıb. Təhsil sahəsinə də toxunan nazir deyib: “Bu gün təhsil, savad, kompüter, dil bilikləri hər bir gəncin inkişafı üçün ən önəmli amillərdəndir. Bu gün biz, gənclərin məsafədən (distance) təhsil almaları üçün yeni layihələr işləyib hazırlayırıq”.

Rusiya və Azərbaycan arasında gənclər sahəsində reallaşdırılan layihələrə də toxunan nazir ölkəmizə Rusiyanın gənclər və idman sahəsinə məsul şəxslərinin səfərindən, 2010-cu ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan Gənclər Günlərinin keçirilməsi, Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II Konfransı, “Seliger 2010” Ümumrusiya gənclər təhsil forumu çərçivəsində keçirilən “Biz MDB-nin gələcəyiyik!” layihəsində Azərbaycan gənclərindən ibarət nümayəndə heyətinin iştirakı haqqında məlumat verib. Nazir eyni zamanda qeyd edib: “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi hazırlanıb və müvafiq qaydada dövlət daxilində razılaşdırıldıqdan sonra qarşı tərəfə göndərilib. Bununla yanaşı “Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi isə müvafiq dövlət orqanları tərəfindən rəy verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib”.

İdmandan da danışan nazir son iki ildə hər iki ölkədə təşkil olunan 20-yə yaxın müxtəlif idman tədbirlərində idmançıların qarşılıqlı olaraq iştirak etmələrindən bəhs edib: “Hazırda biz 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlaşırıq. Əgər Atlantada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya oyunlarında minimum 9 olmalıdır. Bu gün biz fəxr hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya İdman Kompleksləri (OİK), keçirilən beynəlxalq səviyyəli yarışlar, qazanılan medallar haqda da danışa bilərik”.

Nazir regionlarda tikilən OİK-lərlə bağlı sualı da cavablandırıb: “Bu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən ən gözəl siyasət idi. Məhz Bakı şəhərində idmanın inkişafı üçün çox böyük işləri görüb qurtarandan sonra regionlarda da bu fəaliyyətə başlamaq olardı. Amma regionlarda da idman infrastrukturunu genişləndirməklə, idmanla məşğul olan gənclərin sayını artırmış olub, daha bötük uğurlar əldə edə bilirik”.

Azad Rəhimov bu gün Azərbaycanda güləş, cüdo, boks evlərinin tikilməkdə olduğunu, gimnastika mərkəzinin, hovuz kompleksinin əsasının qoyulduğunu bildirib. Onun fikrincə, ölkəmizdə çox güclü güləş, cüdo məktəbi var. Amma əfsuslar olsun ki, güləş, cüdo evi yoxdur. Biz bu istiqamətdə də işlərimizi davam etdiririk”.






20 May, 2011  19:04 Baxılıb: 1151 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner