Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Siyasi partiyalar haqqında yeni qanun layihəsi

Əvvəlki qanun köhnəlib

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Simsar.az-ın məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Millət vəkili deyib ki, siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Hazırkı "Siyasi partiyalar haqqında" qanunun Konstitusiyadan öncə qəbul edildiyini deyən Hüseynli bildirib ki, qanuna əlavə və dəyişikliklərin edilməsi zərurəti meydana gəlib.

Deputatın sözlərinə görə, yeni qanun layihəsinin hazırlanması onun rəhbərlik etdiyi komitəyə tapşırılıb və artıq bu istiqamətdə işlərə başlanılıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Varşavada siyasi plüralizm mövzusunda keçirilən seminarında iştirak etdiyini xatırladan Hüseynli qeyd edib ki, tədbirdə iştirakın əsas məqsədi siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi olub.

Onun sözlərinə görə, seminarda siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericilik, bu strukturlarda qadınların və kişilərin bərabər hüquqlu iştirakı, sosial şəbəkələrdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Polşanın Prezident Administrasiyasında, Parlamentində, Mərkəzi Seçki Komissiyasında bir sıra görüşlər keçirilib.






20 May, 2011  18:58 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner