Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hacı Şahin Həsənlidən yeni şeir

Hansı  aşiq  söylə  ki,  hicrində  nalan  olmadı,
Yanmayıb  eşq  içrə  hərdən,  qəlbi  viran  olmadı.

Atəşi - hİcrində  yandım  ol  məhin sübhi - məsa,
Leyk  camalın  gizlədib  əbr  içrə  taban  olmadı.

Söylədi  "bərdən  səlamən"  nari - Nəmrudə  o  dəm,
Bəs  neçin  mən  yandığım  atəş  gülüstan  olmadı?

Aşiqi - zarın  bütün  xəlq  içrə  rüsva  eyləyib,
Mübtəla  halın  görüncə  heç  peşiman  olmadı.

Vəsf  qıl,  ey  xəstə  könlüm  gül  cəmalın  ol  yarın,
Gizlədib  min  işvə  ilə,  gər  nümayan  olmadı.

Şikvə  etməm  möhnətində,  hər   bəlayə   raziyam
Hansı  aşiq  dərd   ilən   çaki  giriban  olmadı?

Hali-zarim    cox  təlaş  etdim  nihan   olsun,  vəli
Ruyi-zərdim  faş  edib  əğyarə   pünhan  olmadı.





3 Noyabr, 2016  20:44 Baxılıb: 2161 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner