Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

"Allah mənə övlad verib, anamı aldı"

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Sevda Sanəliyeva həyatından söz açıb.Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, anasının onun üçün çəkdiyi çətinlikləri xatırlayıb:"Özümü tanıyandan çətinliklər görmüşəm. Onların müqabilində Allah mənə bu günü mükafat kimi bəxş edib. Yenidən doğulub o çətinlikləri yaşamağa hazıram. Çünki həyatımdan çox razıyam. Anam çox zəhmətkeş olub, dincəlmək bilməyib. Bizə görə 2 növbə işləyib, canını dişinə qatıb. Bizim heç nəyə möhtac olmamağımız üçün hər şey edib. Artıq müəyyən zaman sonra bu qrafik onun səhətində problemlər yaratmağa başladı. 1 il 4 aydır anam vəfat edib. İndiki xoşbəxtliyimi anam görmədi".S.Sanəliyeva övladından danışıb, göz yaşlarını saxlaya bilməyib:"İllərlə övlad istəyi ilə alışıb-yanırdım. Övladım olduqdan 40 gün sonra anam vəfat etdi. Hamiləliyimin ilk aylarında anamın vəziyyəti pisləşməyə başladı. Bunun səbəbini onda görürəm ki, anam iki dəfə dua etdi. Dedi ki, Allahım, mənim balama bala ver, mənim canımı al. Çox pis olmuşdum. Anam getdi və mənim övladım oldu. Düşünürəm ki, Allah mənə övlad verib, anamı aldı"






3 Noyabr, 2016  12:12 Baxılıb: 1249 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner