Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Məmməd Əlizadə yeni hərakat yaratdı

Hərakatda 5 partiya var

Mayın 20-də 5 partiyanın təsisçiliyi ilə “Yeni İslahatçılar” adlı hərəkat elan olunub. 


Simsar.az-ın məlumatına görə, Demokratik Azərbaycan Dünyası (DADP), Respublikaçılar, Azad Respublikaçılar, Mübarizlər və Milli Dövlətçilik Partiyalarının təsisçiliyi ilə yaradılan hərəkatın məqsədi ölkədə başladılan korrupsiya ilə mübarizəyə dəstək verməkdir. 


DADP sədri Məmməd Əlizadə bildirib ki, birlikdə daha güclü olduqlarını düşündükləri üçün belə qurum yaratmaq qərarına gəliblər: “Son qanımıza qədər dövlət, dövlətçilik və xalq üçün çalışacağıq. Xalqın böyük əksəriyyəti bizi dəstəkləyir. Onun problemlərini həll eləmək boynumuzun borcudur”.


M.Əlizadənin sözlərinə görə, yeni yaradılan hərəkatın bir sıra regional şöbələri təsis edilib. Hələ ki, Bakı, Şamaxı, Göyçay və Aran komitələri ölkədəki bütün rayonlar barədə məlumat toplayaraq, hərəkat rəhbərliyinə məlumat verəcək: “Biz rayonlarda xalqı incidən, rüşvət, korrupsiya və özbaşınalıqla məşğul olan məmurlar haqqında məlumat toplayıb, bu barədə hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Bu cür məmurlar prezidentin korrupsiya ilə bağlı siyasətinə kölgə salırlar”.


Hərəkatın təsis konfransında digər təmsilçi partiyaların sədrləri də çıxış edərək, məramlarını açıqlayıb, problemlərdən bəhs ediblər. Onlar da bildiriblər ki, hərəkatın yaradılmasına səbəb xalqı prezidentdən narazı salan məmurlarla mübarizədir: “Biz istəyirik ki, xalq normal sosial rifaha qovuşsun”.

Hərəkat rəhbərliyi məqsəd və məramları ilə bağlı prezident İlham Əliyevə müraciət məktubu ünvanladıqlarını bildiriblər.






20 May, 2011  18:24 Baxılıb: 1264 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner