Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müstəqilliyin 20 illiyi necə qeyd olunacaq

Əli Həsənov açıqlama verdi

Azərbaycanda müstəqilliyin bərpasının 20 illiyi ilə əlaqədar ən müxtəlif tədbirlər keçiriləcək, lakin əsas tədbir Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli iclas olacaq.

Bu barədə Trend-in xüsusi müxbirinə Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, təntənəli iclas zamanı Azərbaycanın sosial-iqtisadi inkişafının 20 illiyi barədə məruzə oxunacaq. Eləcə də tədbirdə respublikanın ən yaxşı yaradıcı kollektivlərinin iştirakı ilə böyük konsert keçiriləcək.

"Bundan əlavə respublika səviyyəsində və yerli hakimiyyət strukturlarında bu tarixə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək. Xüsusilə kitablar nəşr olunacaq, Azərbaycanın iqtisadi və mədəni inkişafına böyük töhfə vermiş, ən müxtəlif təbəqələrin nümayəndələri respublika sakinləri qarşısında çıxış edəcəklər", - PA rəsmisi qeyd edib.

"Hazırda bayram proqramı hazırlanır və cəsarətlə deyə bilərəm ki, bu zəngin və maraqlı proqram Azərbaycanın unikallığı və özünəməxsusluğunun daha bir təsdiqi olacaq. Tarix baxımından 20 il elə də böyük dövr deyil, lakin bu qısa zaman kəsiyində Azərbaycan çox böyük uğurlar qazanıb, regionda ən sürətlə inkişaf edən ölkəyə çevrilib", - Həsənov deyib.

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkədə dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması barədə tapşırıq verilib.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək, öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib və onun yarandığı 28 may Respublika Günü kimi qeyd olunmağa başlayıb.






20 May, 2011  17:35 Baxılıb: 1070 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner