Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Oqtay Əsədov Avropa Parlamentinin prezidentinə narahatlığını ifadə etdi

“Cənab Buzekin Azərbaycana səfəri öncəsi belə bir qətnamənin qəbulu təxribat ola bilər”

Milli Məclisin (MM) spikeri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Parlamenti prezidenti Yerji Buzeklə görüşüb. APA-nın xəbərinə görə, O. Əsədov bildirib ki, Avropa İttifaqı ilə əlaqələr Azərbaycan üçün önəmlidir. Ötən dövrdə bir sıra layihələr həyata keçirildiyini deyən spiker Azərbaycanın Avropa İttifaqı ilə sıx əlaqələrə malik olduğUnu vurğulayıb. Spiker qeyd edib ki, bununla belə, əlaqələrin canlandırılmasına ehtiyac var. Son vaxtlar Avropa Parlamentinin Azərbaycana və regiona böyük diqqət yetirdiyi deyən O. Əsədov bildirib ki, bir il əvvəl Azərbaycanla bağlı qəbul olunmuş qətnamənin Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək ola biləcəyini düşünür.

Mayın 12-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə barədə danışan MM sədri bunları deyib: “Bu hadisənin səbəbləri bizə sonadək aydın olmadı. Azərbaycan könüllü olaraq demokratik inkişaf yolunu seçib. Ölkə Konstitusiyasındakı maddələrin 1/3-i insan hüquqlarına aiddir. Azərbaycan cəmi 20 ildir, müstəqilliyini elan edib. Elə məsələlər ola bilər ki, onu tam həll etməmişik. Ancaq Azərbaycanın iştirakı olmadan ölkə haqqında belə bir qətnamənin qəbulunu qərəzli hesab edirik. Cənab Buzekin Azərbaycana səfəri öncəsi belə bir qətnamənin qəbulu təxribat xarakterli ola bilər”.

Spiker gələcək əməkdaşlığın “Euronest” Parlament Assambleyası çərçivəsində aktivləşdirilməsinin tərəfdarı olduqlarını deyib.

Y. Buzek isə çıxışında Azərbaycanın zəngin tarixi olan və Avropa üçün əhəmiyyətli ölkə olduğunu qeyd edib. O, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edəcəyini, fikir mübadiləsi aparacağını deyib.

Avropa Parlamentinin prezidenti Azərbaycanı “Eurovision” müsabiqəsində qələbə münasibət ilə təbrik edib.

Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.






20 May, 2011  17:27 Baxılıb: 1006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner