Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elmira Şabanova: "Çıxırlar ekrana mən kraliçayam, ulduzam..."

Bu gün Azərbaycanın xalq artisti, aktrisa Elmira Şabanovanın doğum günüdür. Aktrisanın 76 yaşı tamam olur. Simsar.az  aktrisadan ad günü münasibətilə müsahibə alıb.

-Elmira xanım, ilk olaraq, təbrik edirik, can sağlığı arzulayırıq.

-Çox təşəkkür edirəm, unutmadığınız üçün.

-Maraqlıdır, ilk təbriki kimdən gözləyirsiniz?

-Keçən il bu vaxtı mənim 75 yaşım tamam oldu, yubileyim idi. Heç kəsə demədim. Kim təbrik elədi sağ olsun. İndi də saat 12 olacaq, təbriklər başlayacaq. Oğlum Moskvadan zəng edəcək, qızım, nəvələrim, təbrik edəcək. Bir də bir-iki tələbəm. Tələbələr hər zaman müəllimlərini  yada salmalıdırlar. Amma 35 il dərs dediyim tələbələrdən yalnız 1-2-si yada salır. Qalanlar sanki unudublar.

-Hansı hədiyyəni çox sevirsiniz?

-Bu illər ərzində o qədər yaxşı hədiyyələr almışam ki... Əsas o deyil ki, hədiyyə bahalı olsun. Mənim üçün ən gözəl hədiyyə güldür. Bir gül dəstəsi mənə bəs edir. Həyatda isə ən böyük hədiyyələrim nəticələrimdir – 1 qız, 1 oğlan.

-Ekranlarda az görünürsünüz... Səbəb nədir?

-Televiziyaya çağırırlar getmirəm, müsahibə vermirəm. Amma buna baxmayaraq, bir yana çıxanda tanıyırlar. Deməli, unutmayıblar. Xalqımıza çox minnətdaram. Xalq seçirsə, unutmursa bu yetər. Yaxınlaşırlar, qucaqlayırlar, öpürlər. Deyirlər niyə çıxmırsınız efirlərə. Axı necə deyim qocalmışam, sifətim doludur qırışlarla...

-Qocalıqdan danışmayaq, nə yaşınız var ki...

-75-dan çox olmayacaq, elə onunla da öləcəm.

-Elmira xanım bu gün doğum gününüzdür, gəlin xoş sözlər danışaq. Seriallara baxırsınız?

-Əlbəttə, seriallara baxıram. Siyasi prosesləri də izləyirəm. Allaha şükür salamatçılıqdır. Siyasətlə çox maralaqlanıram. Vaxtiylə deputat olmaq üçün çağırdılar, istəmədim. Amma bu, məni maraqlandırır. Bu gün məni ən çox sevindirən odur ki, bizim millət qaranı ağdan seçə bilir. Elə aktrisalar, elə müğənnilər var ki, çıxırlar ekrana ay mən kraliçayam, ulduzam. Onda  əsəbləşirəm. Biri məni sevə bilər, o birisi yox. Bunlar çıxıb danışırlar ki, mən eləyəm-beləyəm. Qiyməti isə xalq verir. O barədə xoşbəxtəm ki, yalan danışmağı xoşlamıram. Elə aktrisalar, elə müğənnilər var ki, onların həyat tərzini, keçmişdə necə yaşadığını bilirsən. Bu yaşımda bilirəm ki, kim özünü necə aparıb, nə cür nəfəs alıb. Amma ekrana çıxıb, yalan danışırlar.

-Seriallara çəkilmək üçün təklif gəlir?

-Bu saat cavanlar çəkilir. Mən sənətə gec gəlmişəm, 40 yaşımdan sonra. 35 il də dərs demişəm. 80-90-cı illərdə çox çəkilmişəm. Özümü ailəmə qurban verdim. Heç də peşman deyiləm. Yoldaşım 40 yaşımdan sonra çəkilməyə imkan verdi. Kino sahəsini çox sevirəm. Biz hamımız kino sahəsinə bağlıyıq. Yoldaşım kinorejissor olub, oğlum kinorejissordur. Özümü çox xoşbəxt sayıram. Çünki həm ekrana çıxdım, həm ailəmi qorudum. 30 -a yaxın filmə çəkilmişəm.  Seriallara da dəvət ediblər, amma imtina etmişəm. Birinci, rejissoru tanımalıyam. İkinci də təklif olunan  rol xoşuma gəlməlidir. Bizim sahə elədir ki, aktyorlar bu sahədə mütəmadi çalışmayanda özlərinə qapanırlar, ölümlərini gözləyirlər. Onda da həyat maraqsız olur. Məni isə yaşadan xalqın məhəbbətidir. Eyni zamanda yaxşı ailəm, iki nəticəm var. Hazırda tək yaşayıram, prezident təqaüdü alıram, sərbəstəm, heç kimdən asılı deyiləm. Elə bu, böyük xoşbəxtlikdir.

Nihadə Eyyubova

 






1 Noyabr, 2016  10:19 Baxılıb: 2329 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner