Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Paraqvay parlamentində Azərbaycanla bağlı bəyanat qəbul olunub

Paraqvay Milli Konqresinin Deputatlar Palatasında “Ali Şura tərəfindən 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Azərbaycan Respublikasının ikinci müstəqillik bəyannaməsinin 25-ci ildönümünün qeyd olunması barədə” bəyanat qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, sənəd yekdilliklə qəbul olunub.

Bəyanatda Azərbaycanın beynəlxalq aləmdə önəmli yer qazandığı, tanınmış, yüksək səviyyəli beynəlxalq tədbirlərdə - zirvə toplantıları, forumlar, sərgilər, yarışlarda fəal iştirak etdiyi, müstəqil Azərbaycanın enerji sektorunun inkişafında mühüm nailiyyətlər əldə etdiyi, post-neft dövrünün başlanması ilə ölkə iqtisadiyyatının bütün sahələrində bir sıra islahatlar həyata keçirildiyi, neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyü, təhsil sisteminin yaxşılaşdırıldığı qeyd olunur.

Qeyd edək ki, sözügedən təşəbbüs Azərbaycanla Dostluq Qrupunun rəhbəri Xuan Ramirezdən gəlib. O, deputatlar qarşısında çıxış edərək bəşəriyyət üçün önəm kəsb edən və Qafqazın bir hissəsi olan Azərbaycan xalqının yaratdığı 25 illik respublikanın siyasi-iqtisadi müstəqilliyə malik olduğunu, ölkədə etiqad azadlığının mövcudluğunu, Azərbaycanın islam dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb. X. Ramirez Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədi ilə böyük işlər görüldüyünü bildirib.

Onu da əlavə edək ki, sənəd X. Ramirez və Dostluq Qrupunun digər iki üzvü - Viktor Oskar Qonzales Drakefort və Celso Maldonado tərəfindən imzalanıb.






31 Oktyabr, 2016  19:26 Baxılıb: 1733 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner