Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik əlilləri işlə təmin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və məşğulluğunun təminatı istiqamətində həyata keçirdikləri tədbirlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında əlavə olaraq daha 501 nəfər əlilliyi olan şəxs münasib iş yerləri ilə təmin olunub.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə,onlardan 158 nəfərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təminatı həyata keçirilib.Bununla yanaşı, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin, boş vaxtları ərzində əlavə qazanc əldə etmək üçün xidmətin əmək birjaları vasitəsilə qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunanların da bir qismini əlilliyi olan şəxslər təşkil edib.Yanvar-sentyabr aylarında nazirlik tərəfindən 353 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına da cəlb edilib. Həmin şəxslərdən 131 nəfəri nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına, 222 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.






31 Oktyabr, 2016  12:26 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner